İran Qafanda konsulluq açdı: Şuşada təcili... - Deputatdan təklif

İran Ermənistanın Qafan şəhərinə konsul təyin edib. 

Bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqleryan deyib. Onun sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında paylaşım edib.

O, buna cavab olaraq təcili Şuşada Türkiyə konsulluğunu açmağı təklif edib: "Qafanda konsulluq açırlar, xeyirli olsun! Bəlkə, darıxmasınlar deyə, biz də təcili Şuşada Türkiyə konsulluğunu açaq? Onlar Qafandan "Ələm-dar" uçuranda biz də Şuşadan "Bayraqdar" uçurarıq".