İsrail İrana zərbələr endirmək üçün “ABŞ-ın nəzarətində olan” İraq ərazisindən istifadə edib.
Bizimxeber.az bildirir ki, bu barədə İran Baş Qərargahı açıqlama yayıb.
“Düşmən təyyarələri... İranla sərhəddən 100 km aralıda İraqda ABŞ terrorçu ordusunun nəzarəti altında olan ərazilərdən istifadə edib”, - TASS xəbər verir.
Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri İrandakı hərbi obyektlərə hücum edib. İran Silahlı Qüvvələri də öz növbəsində qeyd edib ki, İsrail İranın bəzi obyektlərinə “məhdud ziyan vurub”.