İran Azərbaycanla sərhədi bağlayıb? – Səfirlik cavabladı

İyulun 1-dən etibarən İranın Azərbaycanla quru sərhədlərini iki ay müddətinə bağlamasıyla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, yayılan məlumatlar əsassızdır.

“İranın Azərbaycanla sərhəd-keçid məntəqələrinin hamısı, o cümlədən Naxçıvan istiqaməti açıqdır. Sadəcə, Azərbaycan quru sərhədlərini hələ ki, özü açmayıb”.