Qətər Xarici İşlər Nazirliyi Vaşinqton və Tehran arasında vasitəçilik razılaşmasının həyata keçirilməyə başladığını və bu çərçivədə İranın 5 amerikalını azad edildiyini açıqlayıb.
Qətərin Xarici İşlər Nazirliyində məsul dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Xəlifi ABŞ-İran məhbusların qarşılıqlı mübadiləsinə dair razılaşmanın icrasının həyata keçirildiyini bildirib.
İran həbsxanalarında olan 5 ABŞ vətəndaşının ABŞ-də saxlanılan bəzi iranlılar müqabilində sərbəst buraxıldıqdan sonra Doha Beynəlxalq Hava Limanına yola düşdüyünü bildirən Xəlifi ABŞ-nin azad etdiyi iranlıların sayı ilə bağlı məlumat verməyib.