Gürcüstan DİN Xüsusi tapşırıqlar idarəsinin Əməliyyat planlaşdırma şöbəsinin rəisi İrakli Şaişmelaşvili vəzifəsini tərk edib. O, səbəb kimi ailə vəziyyətini şəraitini göstərib.
Bizimxeber.az bildirir ki, bu barədə məlumatı Facebook-da Şaişmelaşvili özü yayıb.
O, Facebook-dakı paylaşımında Gürcüstan və Avropa İttifaqının bayraqlarını dərc edib. O, nazir Vaxtanq Qomelauriyə yazıb ki, ailə şəraitinə görə onu tutduğum vəzifədən azad etsin və Daxili İşlər Nazirliyinin sıralarından uzaqlaşdırsın”.
Tbilisinin mərkəzindəki Rustaveli prospektində, parlament binasının qarşısında yeddinci gündür nümayişlər keçirilir.