İqlim fəalları Varşavanın əsas yollarından birini bağladılar


Varşavada iqlim fəalları Vistulanın sol sahili boyunca ekspress yolu olan Vislostradanın blokadasını qurdular.

Bizimxeber.az bildirir ki, “Son nəsil” təşəbbüsünün iqlim fəallarının etirazı noyabrın 27-də axşam başlayıb.

Onlar bunu “Vistulanın ən böyük blokadası” adlandırıblar. Aksiyada 22 nəfər iştirak edib. Onlar üç dəfə nəqliyyatın qarşısını kəsiblər.  Aksiya sürücülərin böyük hiddətinə səbəb olub, bəziləri avtomobilindən düşüb etirazçıları yoldan çıxarmağa çalışıb.

Hadisə yerində olan polis əməkdaşları tərəfindən aksiya iştirakçılarına qarşı 16 inzibati protokol tərtib edilib. Bundan əvvəl, bazar ertəsi etirazçılar Vislostrada  tuneli bağlayıblar.