İntihar edən qızın görüntülərinin yayılması ilə bağlı araşdırma başladı


Yasamal rayonunda intihar edən 18 yaşlı qızın pornoqrafik görüntülərinin yayılması ilə bağlı cinayət işi başlanılıb.

Prokurorluqdan verilən məlumata görə, paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb.

Bildiririk ki, noyabrın 27-si saat 15 radələrində Fidan Nəftəliyeva yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.