İnternet vasitəsilə baş naziri hədələyən şəxs həbs edildi

İrlandiya polisi internetdə baş nazir Simon Harrisə qarşı təhdidlərlə bağlı bir nəfəri həbs edib.

Bizimxeber.az bildirir ki, bu barədə BBC məlumat yayıb. 

Son üç ayda polis baş nazirə və ailəsinə qarşı təhdidlərlə bağlı bir neçə araşdırma aparıb. Keçən həftə sonu İnstaqramda baş nazirə bıçaqla bağlı növbəti hədə-qorxu gəlib.