"İndiyə kimi səfirliklərimizə 17 anonim bağlama daxil olub" - Kuleba

Ukraynanın dünya üzrə səfirlikləri içərisində partlayıcı maddələr və ya heyvan hissələri olan 17 anonim bağlama alıb.

Bizimxeber.az bildirir ki, bunu CNN telekanalına müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba verib.

“Hər şey Ukraynanın İspaniyadakı səfirliyi yaxınlığında baş verən partlayışla başladı. Amma bu partlayışdan sonra baş verənlər daha qəribə göründü, hətta mən bunu qeyri-sağlam adlandırardım”, - deyə nazir bildirib.

Kulebanın sözlərinə görə, “bu kampaniya ukraynalı diplomatları qorxutmaq məqsədi daşıyır”.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri təklif edib ki, partlayıcı maddələr və heyvan hissələri olan bağlamaların kütləvi şəkildə daşınması “beynəlxalq arenada Rusiya üçün yaratdığımız diplomatik dəhşətə” cavabdır.

Kiyevin fikrincə, baş verənlərə görə məsuliyyət ya Moskvanın, ya da ona rəğbət bəsləyənlərin və “qorxu səpməyə çalışanların” üzərinə düşür.

“Terrorçular təkcə ukraynalı diplomatları qorxutmağa çalışmırlar. Onlar Ukraynanı zəiflətmək, qorxutmaq və silah, enerji avadanlığı, Rusiyanın təcrid olunması ilə bağlı mühüm diplomatik işlərə xələl gətirmək istəyirlər. Onlar düşünürlər ki, bizi qorxudaraq dayandıra və ya Ukraynaya beynəlxalq dəstəyi zəiflədə bilərlər. Bunun arxasında duranlara cavabım sadədir: siz əbəs yerə cəhd edirsiniz”, - deyə Kuleba mesajında ​​bildirib.