Avropa Komissiyasının sədri Ursula fon der Leyen Səudiyyə Ərəbistanında Ukrayna-Amerika danışıqlarının nəticəsini alqışlayıb və Aİ-nin gələcək “sülh danışıqlarına” hazır olduğunu təsdiqləyib.
Bizimxeber.az bildirir ki, Von der Leyen qeyd edib ki, Kiyev və Vaşinqton atəşkəs razılaşması və ABŞ-dan kəşfiyyat məlumatlarının mübadiləsi və təhlükəsizlik yardımının bərpası təklifi ilə bağlı razılığa gəliblər.
"Bu, Ukrayna üçün hərtərəfli, ədalətli və davamlı sülhə doğru addım ola biləcək müsbət hadisədir. İndi top Rusiyanın meydançasındadır", - o əlavə edib. Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Aİ və tərəfdaşlar “gələcək sülh danışıqlarında tam rolunu oynamağa” hazırdırlar.