ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp eyham edib ki, o, Vladimir Putinlə görüş barədə düşünür, ancaq inauqurasiyasından sonra.
Bizimxeber.az bildirir ki, Kremlin rəhbəri ilə mümkün görüş barədə suala cavabında Tramp deyib ki, o, “Putinin görüşmək istədiyindən xəbərdardır”.
Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı dəfələrlə Kreml rəhbəri ilə yaxşı münasibətlərini nümayiş etdirib.
O, həmçinin seçiləcəyi təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində dayandıracağına dəfələrlə söz verib. Bu yaxınlarda media üçün illik mətbuat konfransı zamanı Putin Trampla potensial danışıqlara “hazır” olduğunu bildirib.