İlon Maskın Putinlə danışıqları araşdırılacaq - NASA-nın rəhbəri

NASA-nın rəhbəri Bill Nelson, amerikalı milyarder İlon Maskın Rusiya prezidenti Vladimir Putinlə mütəmadi danışıqları barədə yayılan məlumatların araşdırılmalı olduğunu bildirib.

Bizimxeber.az bildirir ki, o, "Semafor" iqtisadi forumunda çıxış edərək, belə bir əlaqənin doğruluğu varsa, bunun NASA və ABŞ Müdafiə Departamenti üçün narahatlıq doğura biləcəyini vurğulayıb.

"The Wall Street Journal"ın məlumatına görə, Mask 2022-ci ildən Kreml rəhbəri ilə müntəzəm əlaqə saxlayır.

SpaceX-in NASA ilə bir sıra müqavilələri mövcuddur, o cümlədən Beynəlxalq Kosmik Stansiyaya insanlı uçuşlar üçün. Oktyabr ayında isə Donald Trampın Putinlə bir neçə dəfə danışdığı xəbərləri yayımlanıb.