İlon Maska Ağ Evdə ofis ayrılacaq

Amerikalı milyarder İlon Mask prezident Donald Trampa yaxın işləmək üçün Ağ Evdə ofis ala bilər.

Bizimxeber.az "The Guardian"a istinadən bildirir ki, ona Oval Ofisin yerləşdiyi Qərb Qanadında yer veriləcək. Yeni Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbərinin əvvəlcə dövlət başçısının rəsmi iqamətgahına bitişik Eyzenhauer İcra Aparatının Binasında yerləşdirilməsi planlaşdırılırdı.

Biznesmen dövlət xərclərinin azaldılması və federal qurumların işinin sadələşdirilməsi təşəbbüsləri üzərində işləyəcək.

Mask texnologiyanı modernləşdirəcək və bürokratiyanı azaldacaq 20 nəfərlik komandaya rəhbərlik edəcək. Eyni zamanda Tramp qeyd edib ki, DOGE hökumətin bir hissəsi olmayacaq, hökumət strukturlarından kənarda işləyən məsləhətçi orqan olacaq.