İlon Mask Twitter-in alışını təxirə saldı

Amerikalı iş adamı, SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Mask Rusiya prezidenti Vladimir Putinin çıxışa görə Twitter-in alışını təxirə salmaq qərarına gəlib.

Bizimxeber.az bildirir ki, bu barədə "Business Insider" yazıb. 

Nəşrin məlumatına görə, sövdələşməni aparan banka bildirilib ki, Putinin çıxışını gözləmək istəyirlər. 

Bu arada Maskın vəkili  bildirib ki, "üçüncü dünya müharibəsinə doğru gediriksə, Twitter-i satın almağın nə mənası var”.  O hesab edir ki, biznesmenin sosial şəbəkəni almaqdan imtina etməsi onun şəxsi maliyyə vəziyyəti ilə bağlı narahatlığı ilə bağlıdır, lakin Twitter öz öhdəliklərinə əməl etmir.

Xatırladaq ki, biznesmen aprelin sonunda Twitter-i 44 milyard dollara almağa razılaşıb. Eyni zamanda o, sosial şəbəkəyə hüquqların ona verilməsindən sonra Twitter-i qlobal platformaya çevirəcəyini vəd edib ki, onun əsas prinsipi söz azadlığı olacaq.