İlon Mask Assancın əfv olunması tələbini dəstəklədi


Amerikalı iş adamı İlon Mask WikiLeaks-in qurucusu Culian Assancın əfv olunması tələbini dəstəkləyib.

Bizimxeber.az bildirir ki, sorğu ABŞ prezidenti Co Baydenə ABŞ konqresmeni Tomas Massio tərəfindən göndərilib. Bu müraciətlə bağlı mesajı şərh edən Mask yazıb : “Əla”.

Bundan əvvəl Assanjın atası Con Şipton 2012-ci ildə oğlunu müdafiə edən ilk dünya lideri olan Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib .