İlk rəsmi nəticə açıqlandı - Helikopter niyə qəza edib?

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini dərc edib.

Bizimxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, qəzaya uğrayan helikopterin gövdəsində heç bir güllə izlərinə rast gəlinməyib. Rəisinin helikopteri yalnız dağla toqquşduqdan sonra alovlanıb. Qəzaya uğrayan helikopterin pilotu digər iki helikopterin pilotları ilə qəza öncəsi əlaqə saxlaya bilib.