İlham Əliyevlə Ərdoğanın bu fotosu gündəm oldu


Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib.

Toplantı çərçivəsində liderlərlə bir araya gələn Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sevincli olması diqqətdən qaçmayıb.

Pakistan Prezidenti Arif Alvi və İran Prezidenti İbrahim Rəisinin də yer aldığı foto gündəm olub. Sözügedən foto ilə bağlı sosial şəbəkələrdə şərhlərdə “Gündəm Qarabağdır, deyəsən” yazılıb.