İlham Əliyevin Şarl Mişellə görüşü başladı

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb. 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlət başçısı İlham Əliyevi qarşılayıb.