İki hərbçimiz faciəvi şəkildə öldü

Cəlilabadda baş vermiş ağır qəzada iki hərbçi dünyasını dəyişib.

Hadisə Köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

Sürücü Aslanov Mübariz Azər oğlu idarə etdiyi avtomobillə Astara istiqamətində hərkətdə olarkən avtomobil qəfildən yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə Sürücü Mübariz Aslanov və sərnişin Musayev İslam İsaq oğlu  hadisə yerində dünyasını dəyişiblər. Dünyasını dəyişənlər Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsin zabitləri olub.

Faktla bağlı araşdırma aparılır.