Bakının Nəsimi rayonunda yollarda aparılacaq təmir işlərinə görə 495 768 manat xərclənəcək.
Bizimxeber.az-ın xəbərinə görə, rayon icra hakimiyyəti bununla bağlı "Koneks Construction" MMC ilə müqavilə bağlayıb.
Təmir işləri Səməd Vurğun küçəsini əhatə edəcək.
Şirkət bundan əvvəl bir sıra tenderlərin, o cümlədən Yasamal Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi olub.
Qeyd edək ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hazırda deputatdır. Həmin vəzifəyə isə təyinat olmayıb.