Yerləri dəyişdirilən icra başçıları köməkçilərini də dəyişblər.
Salyan İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov başçının köməkçisi olan Muradov Rəşad Kərəm oğlunu vəzifəsindən azad edib.
Rüstəm Xəlilov bundan əvvəl icra başçısı olduğu Hacıqabul rayonunda köməkçisi işləyən Kərimov Afiq Oqtay oğlunu özünə köməkçi təyin edib. Hacıqabul İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov da Salyan rayonunda köməkçisi işləyən Muradov Rəşad Kərəm oğlunu yenidən özünə köməkçi götürüb.
Qeyd edək ki, 17 sentyabr 2024-cü il tarixində Rüstəm Xəlilov Hacıqabul İcra Hakimiyyətinin başçısı vəzifəsidən azad olunaraq, Salyan İcra Hakimiyyətinin başçısı təyin edilib. Eyni gündə Sevindik Hətəmov Salyan İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Hacıqabul İcra Hakimiyyətinin başçısı təyin olunub.