IATA sərt bəyanat yaydı - "Mülki təyyarələr hərbi əməliyyatların hədəfi olmamalıdır"

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru Villi Uolş Azərbaycan aviaşirkəti ilə baş vermiş faciəni hərtərəfli və qərəzsiz araşdırmağa çağırıb.

Bizimxeber.az bildirir ki, Uolşun bəyanatı IATA-nın saytında dərc olunub. 

O, 8243 saylı reysin qəzası ilə bağlı hərtərəfli, qərəzsiz və şəffaf araşdırmaya çağırır. Assosiasiya bu çağırışın Qroznı səmasında ilkin olaraq təyyarənin zədələndiyini təsdiqləyən Rusiya və Azərbaycan hakimiyyət orqanlarının bəyanatlarından sonra olduğunu bildirib. Və Uolşun vurğuladığı kimi, bu, məhz hərbi əməliyyat zamanı baş verib.

“Mülki təyyarələr heç vaxt hərbi əməliyyatların qəsdən və ya təsadüfi hədəfi olmamalıdır. Azərbaycan Hava Yollarının 8243 saylı reysinin hərbi əməliyyatların qurbanı olması ehtimalı, Rusiya və Azərbaycan da daxil olmaqla, bir sıra hökumətlərin göstərdiyi kimi, hərtərəfli, şəffaf və qərəzsiz araşdırma aparılmasını vacib edir”, - Villi Uolş bildirib.

IATA xatırladır ki, Çikaqo Konvensiyasına əsasən, təyyarə qəzasının səbəbləri ilə bağlı ilkin hesabat 30 gün ərzində təqdim edilməlidir: "Əgər həsbçilərin bu faciəyə görə məsuliyyət daşıdığı qənaətinə gəlinsə, cavabdehlər məsuliyyətə cəlb edilməli və ədalət qarşısında cavab verməlidir" deyə Uolş bildirib.