Husilər ABŞ esminesi və iki ticarət gəmisinə hücum etdi

Yəmənin husi üsyançıları ABŞ-ın esminesinə və iki ticarət gəmisinə, Kapitan Paris və Happy Condora hücum edib.
Bizimxeber.az
bildirir ki, bu barədə radikal təşkilatın hərbi nümayəndəsi Yəhya Sariya “ Al Masirah” telekanalında məlumat verib. O bildirib ki, esmines Qırmızı dənizdə ballistik raketlərlə hücuma məruz qalıb.

Saria əlavə edib ki, “Kapitan Paris” neft tankeri də Qırmızı dənizdə gəmi əleyhinə raketlərlə hücuma məruz qalıb, maye qazı daşıyan “Happy Condor” tankeri isə Ərəbistan dənizində PUA-lar tərəfindən vurulub.

Bu arada Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) Yəmən sahillərində gəmiyə yeni hücumun həyata keçirildiyini bildirmişdi.