Hüseyn Həsənov Dubayda qəzaya düşdü

Rusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənov Dubayda qəzaya düşüb. 

Bu barədə o, sosial şəbəkə hesabında video paylaşıb. 

Adrenalin yaşamaq üçün yüksək sürətlə "kvadrasikl" idarə edən blogerin qəza nəticəsində sol ayağı zədələnib. 

Dərhal klinikaların birinə çatdırılan Hüseyn MRT müayinəsinə aparılıb. Orada onun ayağının sındığı aşkar olunub və ayağına gips qoyulub.