Hollandiya Ukraynaya göndərmək üçün tanklar alır

Hollandiya Ukraynaya göndərmək üçün Alman Leopard 1 tankları almaq niyyətindədir. 

Bizimxeber.az bildirir ki, Hollandiya Yayım Korporasiyasının öz mənbələrinə istinadən verdiyi məlumata görə, İsveçrədən olan şirkət satıcı kimi çıxış edə bilər.

Məlumdur ki, bu ölkənin hakimiyyəti Ukrayna münaqişəsi ilə bağlı mümkün qədər uzun müddət neytral mövqe tutmağa çalışır, ona görə də sövdələşməni başa çatdırmaq üçün İsveçrə rəhbərliyinin dəstəyinə müraciət etmək lazım gələcək.