“Hizbullah” liderinin qızı öldürüldü

Livanın “Hizbullah” hərəkatının lideri Şeyx Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində ölüb.

Bu barədə İsrailin “12-ci” telekanalı məlumat yayıb. 

Qeyd olunur ki, Z. Nəsrullah bəyanatlarında dəfələrlə “Hizbullah”ın məqsədlərinə sadiqliyindən danışıb. Zeynəbin qardaşı Hadi Nəsrullah da 1997-ci ildə İsrail hərbçiləri ilə döyüşdə öldürülüb.