“Hizbullah” liderinin öldüyü təsdiqləndi

“Hizbullah” lideri Həsən Nəsrullahın sentyabrın 27-si Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyü rəsmi olaraq təsdiqlənib.

Bizimxeber.az bildirir ki, bununla bağlı İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Həsən Nəsrullah dünən İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülüb”, - məlumatda deyilir.