Hizbullah komandiri İsrailin hücumu nəticəsində öldü

Hizbullah İsrailin Livanın cənubundakı məntəqələrinə hava hücumları nəticəsində öz sıralarında itkilər olduğunu bildirib.

Bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir. 

Avqustun 3-də öldürülən üç nəfər arasında cənub cəbhəsinin sektorlarından birinin müdafiəsinə cavabdeh olan səhra komandiri Əli Nazih Əbdül Əli də var. O, Tire yaxınlığındakı Əl-Buzuriyada (Beyrutdan 80 km) İsrailin pilotsuz təyyarəsinin hücumu zamanı məhv edilib.

Ümumilikdə 2023-cü ilin oktyabrından bəri Hizbullah və onun tərəfində vuruşan Livan və Fələstin qrupları 529 döyüşçünü itirib.