Dmitri Medvedev Rusiyanı NATO -nun Krıma zərbə endirməsi ilə bağlı söhbətlərlə qorxutmamağa çağırıb və bu cür bəyanatlara cavab olaraq hipersəs silahları ilə cavab verəcəyi ilə hədələyib. Bizimxeber.az bildirir ki, o, özünün Telegram kanalında olduqca maraqlı mesaj verib.
“Müxtəlif təqaüdçü axmaq generalların NATO tərəfindən Krıma zərbə endirilməsi fikirləri ilə bizi qorxutmağa ehtiyac yoxdur.
"Hipersəs" Avropa və ABŞ -dakı hədəflərə daha tez çatacaq və biz buna zəmanət veriirik”, - Medvedev xəbərdarlıq edib.
O, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də elan etdiyi qərarların nəticələrini sadalayıb. Medvedevin sözlərinə görə, Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiyanın tərkibinə daxil olmaq üçün referendumlar keçiriləcək və bu ərazilər Rusiya Federasiyasının tərkibinə qəbul ediləcək.
O, bütün birləşdirilən ərazilərin mühafizəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcəyinə inandırıb. Medvedevin qeyd etdiyi kimi, Rusiya bu cür müdafiə üçün təkcə səfərbərlik imkanlarından deyil, həm də istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından və yeni prinsiplərə əsaslanan silahlardan istifadə oluna biləcəyini açıqlayıb.
“Lakin Qərb isteblişmenti, ümumiyyətlə, NATO ölkələrinin bütün vətəndaşları başa düşməlidirlər ki, Rusiya öz yolunu seçib. Geriyə dönüş yoxdur”, - Medvedev yazıb.
Bundan əvvəl o , Donbassda referendumların keçirilməsinin zəruriliyini izah edib.