"Hindistan NATO Plus qrupuna qoşulmağı düşünür".
Bizimxeber.az bildirir ki, bu barədə ABŞ-ın Hindistandakı səfiri Erik Qarsetti deyib .
“Biz müdafiə sahəsində əməkdaşlığımızı 30-40 il əvvəl ağlasığmaz şəkildə dərinləşdirmişik. İndi əməkdaşlığın gələcək inkişafı üçün bütün variantlar masa üzərindədir”.
Onun sözlərinə görə, Hindistan həm də QUAD-a, yəni ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın təhlükəsizlik məsələləri üzrə dördtərəfli strateji dialoqa qoşulmaq seçimi qarşısındadır.
Səfir qeyd edib ki, Ukrayna münaqişəsi Hindistana iqtisadi baxımdan təsir edib, lakin Vaşinqton bu məsələdə Nyu Dehli ilə danışıqları davam etdirəcək.