Hindistan gəmiqayırma zavodlarında ölkənin donanması üçün 6 sualtı qayıq tikmək üçün çox milyard dollarlıq beynəlxalq tenderi dayandırıb.
Bizimxeber.az "Bloomberg"ə istinadən bildirir ki, tenderin qalibinin elanı Hindistan podratçılarının Almaniya və İspaniya şirkətlərinin sualtı qayıqların tikintisi üçün texnologiyanın ötürülməsi şərtlərini yerinə yetirməməsi ilə bağlı şikayətləri səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Sövdələşmənin uğursuzluğu “Make in India” proqramı çərçivəsində müasir silahlar əldə etməyə çalışan Hindistan hökumətinə ciddi təsir edib.
Bu arada Dünya Silah Ticarətinin Təhlili Mərkəzi (TSAMTO) da Rusiyanın Su-57E təyyarəsinin alınmasının Hindistan Hərbi Hava Qüvvələri üçün ən yaxşı həll yolu olacağını bəyan etmişdi.