"Növbəti dəfə deputat seçilmiş Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı buldozerin qabağına verib yerində kompleks tikdirir".
Bizimxeber.az bildirir ki, bunu jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb.
Jurnalistin araşdırmasına görə, tikinti ilə bağlı bələdiyyə sənədinə əsasən, kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.
İddia ilə bağlı Hicran Hüseynovanın da mövqeyini öyrənməyə çalışacağıq.
Qeyd edək ki, Hicran Hüseynova 42 Saylı Sumqayıt Birinci Seçki Dairəsindən 76.6 faiz səs toplayıb.