"...həyat çox maraqsız, mənasız və eyni zamanda..." - Xatirə

"Sizə elə gəlmir ki, son vaxtlar həyat çox maraqsız, mənasız və eyni zamanda çox adiləşdi?".

Bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. Sənətçi son günlər sosial şəbəkədə paylaşdığı fotoları və yazdığı şərhləri ilə diqqət çəkib. Sənətçi "Artıq insanlar bu həyatdan sağlamlıqdan başqa heç nə istəmir" deyə, sözlərinə davam edib. 

"Özündən başqasına inanmayan qadın" deyən Xatirə daha sonra insanların etibarsızlığından gileylənib: "İnsanlar dəyişir, bunu günbəgün hiss etmək olur artıq. Bu gözəl dünyanı insan əlləri yaratdı, insan əlləri də məhv etdi. Ana balaya, bala anaya yadlaşır. Hamı bir-birini aldadıb, özünə xeyir güdür. Allahım, özün kömək ol. Dünyamız murdarlanır".