Sudanda bir neçə hərbçi və mülki şəxsin ölümünə səbəb olan təyyarə qəzası baş verib.
Bizimxeber.az bildirir ki, Sudanın Omdurman ərazisində hərbi təyyarə qəzaya uğrayıb, ekipaj və göyərtəsində olan bir neçə zabit həlak olub.
Al Arabiya telekanalının mənbələrinə görə, gəminin qəzaya uğramasına texniki nasazlıq səbəb olub. Təyyarə Xartumdakı Vadi Seyidna aviabazasından qalxdıqdan bir neçə dəqiqə sonra birbaşa yaşayış binasının üzərinə düşüb.
Zərərçəkənlərə yardım göstərildiyi, yaşayış massivində təyyarənin qəzaya uğradığı yerdə baş verən yanğını yanğınsöndürənlərin nəzarətə götürdüyü qeyd edilir.