Hərbi-dəniz bazasında Çinə işləyən casus tutuldu

Almaniyanın hərbi-dəniz bazasında Çin vətəndaşı saxlanılıb.

Bizimxeber.az bildirir ki, hüquq-mühafizə orqanları bu şəxsi casusluqda şübhəli bilirlər.

Həmin şəxs Hərbi Dəniz Qüvvələrinin bazasında kamera ilə saxlanılıb. Prokurorluq onu hərbi obyektlərin fotolarını çəkməkdə ittiham edir.

Qeyd edək ki, Baltik dənizinin Kil şəhərində Almaniya Hərbi Dəniz Qüvvələrinin üç flotiliyasından biri və ThyssenKrupp-un sualtı qayıqlar hazırladığı quru dok yerləşir.