"Hər gün azı 100 Ukrayna əsgəri ölür" - Zelenski

Hər gün cəbhədə 60-100 arası əsgərimiz həlak olur. 

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. 

O bildirib ki, hər gün 500 əsgər yaralanır: “Hər gün 60-100 arası əsgərimiz həlak olur, 500 civarında əsgərimiz isə yaralanır. Vəziyyət çox ağırdır. Bu şəraitdə biz ölkəmizi müdafiə edirik”.

Prezidentin sözlərinə görə, ən çətin vəziyyət Ukraynanın şərqindədir - Donetskin cənubu və Luqanskda.