Helsinki məktəbində atışma - Yaralananlar var

Finlandiyanın Helsinki yaxınlığındakı Vantaa şəhərində məktəbdə atışma baş verib.

Bizimxeber.az bildirir ki, bu barədə Helsingin Sanomat məlumat yayıb. Hüquq-mühafizə orqanları yoldan keçənlərdən ərazidən uzaq durmağı xahiş edib və sakinlərə qapılarını yad adamlara açmamağı tövsiyə edib.

Polisin məlumatına görə, şübhəli şəxs saxlanılıb və hadisə yerində xəsarət alanlar olub. Onların sayı hələ dəqiqləşdirilməyib. Qəzetin yazdığına görə, saat 10:20-də hadisə yerində çoxlu polis və xidmət işçiləri olub. Polis məktəbin həyətini bağladığından ora getmək mümkün olmayıb.

Viertola məktəbində təxminən 800 şagird var. Bundan başqa, orada 90-a yaxın insan çalışır.