Perunun keçmiş prezidenti Pedro Kastilo Meksikadan sığınacaq istəyib. Meksika hökuməti də Kastilonun sığınacaq istəyi ilə bağlı Peru hakimiyyəti ilə danışıqlar aparır.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, Perunun keçmiş prezidenti vətənində qalmaqla ciddi risk altında olduğunu bildirib.
Peru və Meksika indi keçmiş Peru liderinin taleyi ilə bağlı danışıqlar aparır.