Həbs olunan gömrük generalı ilə bağlı - Yeni xəbər

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib. 

Bizimxeber.az Bakı.Media-ya istinadən xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Şikayətə bu günlərdə baxılacağı gözlənilir.

Xatırladaq ki, Ehtiram Xəlilovun müdafiəçiləri tərəfindən verilən apellyasiya şikayətində onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini, onun həbsdən azad edilməsi istənilib.

Qeyd edək ki, iyunun 22-də Səbail rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.