Həbib Nurməhəmmədovun qardaşı Moskvada həbs olundu

Usman Nurməhəmmədovun Moskvadakı müvəqqəti saxlama təcridxanalarından birinə aparılıb.

Bizimxeber.az Ria Agentliyinə istinadən xəbər verir ki, Usman Nurməhəmmədov da məşhur əmisi oğlu Həbib kimi MMA döyüşçüsüdür və o Dağıstanda polis zabitini döydüyü üçün şübhəli qismində saxlanılıb.

Hazırda Usman Moskva müvəqqəti saxlama təcridxanalarından birinə təhvil verilib və o məhkəməyə qədər orada saxlanılacaq.

İstintaqın məlumatına görə, noyabrın 11-də Mahaçqala hava limanının nəzarət-buraxılış məntəqəsində polis şüşələri qaralmış və nömrəsiz “naməlum şəxs”in idarə etdiyi “Toyota Camry” markalı avtomobili saxlamağa cəhd edib. Sürücü dayanmayıb və postun mühafizə səddini aşırıb, Bundan sonra o polis əməkdaşı ilə qarşılaşıb və aralarında mübahisə baş verib .

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin əvvəllər insidentin bütün hallarının tez bir zamanda müəyyən edilməsi barədə göstəriş verib.