ABŞ-da Ronald Reyqan Hava Limanında hava dispetçeri hərbi helikopterin Bombardier CRJ700 sərnişin təyyarəsi ilə toqquşmasından sonra səmada “atəş topu” gördüyünü açıqlayıb.
Bizimxeber.az bildirir ki, bu barədə "NBC News" xəbər verib.
Onun sözlərinə görə, təyyarə uçuş-enmə zolağından yarım mil (təxminən 800 metr) kənara düşüb.
Bir atəş topu gördüm, sonra yox oldu. Onlar çaya düşəndən sonra heç nə görmədim. Amma eniş zolağından yarım mil aralıda, deyərdim ki, sərnişin təyyarəsi və helikopter düşdü ”, - deyə nəzarətçi bildirib.
Bombardier CRJ700 təyyarəsi Vaşinqton hava limanında eniş edərkən ABŞ ordusuna məxsus Sikorsky UH-60 Black Hawk helikopteri ilə toqquşub. PSA Hava Yollarına məxsus təyyarə Kanzas ştatının Viçita şəhərindən American Airlines üçün uçurdu. Təyyarədə 60 sərnişin və dörd ekipaj üzvü olub. Hərbi helikopter təlim uçuşu həyata keçiririb. Təyyarədə üç hərbçi olub.