Hatayda 5,1 bal gücündə zəlzələ baş verib.
Bizimxeber.az bildirir ki, Qəhrəmanmaraşda iki böyük zəlzələdən ən çox dağıntı yaşayan Hatay yenidən silkələnib. Ardıcıl zəlzələlərin davam etdiyi bölgədə daha 5,1 bal gücündə zəlzələ olub. Zəlzələnin mərkəzi Hatayın Arsuz mahalı olub.
AFAD-dan verilən məlumata görə, zəlzələ saat 22:47-də yerin 10 kilometr dərinliyində baş verib.