Harris üçün 81 milyon dollar toplandı - Rekord rəqəm...

Demokratlar Partiyasının prezidentliyə namizədi ola biləcək ABŞ-ın vitse-prezidenti Kəmalə Harrisin komandası bir gün ərzində onun kampaniyası üçün yığılan tarixi rekorddan – məbləğin 81 milyon dollara çatmasından danışır.

Bizimxeber.az bildirir ki, bu barədə “Associated Press” məlumat verib.

Harris kampaniyasının sözçüsü Kevin Munoz, Joe Biden'in geri çəkildiyini elan etdikdən bir gün sonra Harris kampaniyasına 81 milyon dollardan çox ianə edildiyini açıqladı. 

Bu məbləğ 2024-cü il kampaniyasında ən böyük gündəlik nəticə adlanır.  Harris kampaniyası deyir ki, bu, həm də ABŞ tarixində tarixi bir gündəlik kampaniya töhfəsi rekordudur. Töhfələr 888 000 donor tərəfindən edilib və onların yarım milyonu üçün bu, 2024-cü il kampaniyası çərçivəsində ilk töhfə olub.

Bu nəticə avqustda keçiriləcək qurultayda Kamala Harrisin Demokratlar Partiyasından namizədliyini qazanması şansını gücləndirir.

Bildiyiniz kimi, Co Baydenin namizədliyinə şübhələrin artması ilə partiyanın ən böyük donorlarının böyük əksəriyyəti onun seçkidən çəkilməsini istəyirdi. 

Xatırladaq ki, bazar günü Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməmək qərarına gəldiyini və vitse-prezidenti Kamala Harrisin  namizədliyini dəstəklədiyini açıqlamışdı.

Bazar ertəsi günün sonuna qədər Harris rəsmi namizədliyi iddia etmək üçün  kifayət qədər nümayəndə dəstəyini təmin etdi.