Harris Demokratların ABŞ prezidentliyinə namizədliyini qəbul etdi

ABŞ-ın vitse-prezidenti Kamala Harris simvolik olaraq Demokratlar Partiyasından ABŞ prezidenti vəzifəsinə namizədliyi qəbul edib.

Bizimxeber.az bildirir ki, bu barədə CNN məlumat verib.

"Biz sizin namizədləriniz olmaqdan qürur duyuruq. Bu, xalqın iştirak etdiyi bir kampaniyadır və biz birlikdə irəliyə doğru yeni bir yol açacağıq" deyə o bildirib.

Harris virtual səsvermədə səslərin əksəriyyətini qazandıqdan sonra bu ayın əvvəlində faktiki olaraq partiyanın prezidentliyə namizədi olub. 

Harrisin kampaniyası təxminən 500 milyon dollar toplayıb.