"19 dost dövlətin hərbi birləşmələri Qırmızı Meydandakı paradda iştirak etmək üçün dəvət olunub".
Bizimxeber.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov deyib.
O qeyd edib ki, dəvəti qəbul edənlər arasında keçmiş SSRİ-nin yeddi ölkəsi var.
Qələbə paradında Qırğızıstan Milli Qvardiyasının 80-ə yaxın hərbçisinin iştirak edəcəyi açıqlanıb. “Onlar hazırda Qırğızıstanda keçirilən protokol tədbirlərində iştirak edirlər, artıq təlim keçirlər”.
Moskvaya Qazaxıstandan da hərbi qulluqçular göndəriləcək. Ölkənin Müdafiə Nazirliyi açıqlayıb ki, mayın 9-da desant-hücum qoşunlarının parad dəstəsinin Qırmızı Meydanda yürüş edəcək.
Rusiya prezidenti Vladimir Putin dekabrın 9-da KTMT-yə üzv ölkələrin parlament sədrləri ilə görüşündə bildirib ki, Rusiya Moskvada Qələbə Paradında KTMT ölkələrinin rəhbərlərini və hərbi birləşmələrini gözləyir. Belə ki, iştirakını təsdiqləyən Qırğızıstan və Qazaxıstandan başqa, Ermənistan, Belarus və Tacikistandan olan hərbçilər Qızıl Meydanda yürüş edə bilərlər.
Şimali Koreyanın da Moskvada keçiriləcək Qələbə Günündə iştirak etmək üçün öz qoşunlarını göndərəcəyi ehtimal edilir. Rusiya hökuməti KXDR-ə müvafiq dəvət göndərib.
“Rusiya mayın 9-da Qırmızı Meydanda keçiriləcək hərbi paradda iştirak etmək üçün KXDR Silahlı Qüvvələrinin bir hissəsinin Moskvaya göndərilməsi ilə bağlı müsbət qərar gözləyir”, deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Bu arada Yaponiyanın NHK World nəşri mənbələrə istinadən yazıb ki, Şimali Koreya qoşunlarının hərbi paradda iştirakı ilə bağlı qərar artıq qəbul edilib.
Ən maraqlısı isə hansı ölkələrin Rusiyada keçirilən Qələbə paradına dəvət almadığıdır.
Bəlli olub ki, Rusiya hökuməti Almaniyaya İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün dəvət göndərməyib.
Həmçinin Almaniya Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyəcəyini elan edib.
Moskva Qələbə Gününə dost olmayan ölkələrin nümayəndələrini dəvət etməyib. Bu siyahıya, xüsusən, Avstriya, Avstraliya, Andorra, Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, İtaliya, Latviya, Litva, Ukrayna, Polşa, Rumıniya, Fransa, Çexiya, Estoniya, İsveçrə, Yaponiya və s var.