"Hansı öləkədən və silahlarından Rusiya vurulsa dərhal cavab veriləcək" - Medvedyev

Qərbin hərbi texnikası təkcə Ukraynada deyil, hansı ölkənin ərazisindən Rusiyaya hücum olsa, orada da məhv ediləcək. 

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Rusiya hesab edir ki, Ukraynaya verilən bütün uzaqmənzilli silahlar birbaşa NATO ordusu tərəfindən idarə olunur. Qərb Rusiyanın heç vaxt nüvə silahından istifadə etməyəcəyi ilə bağlı hesablamalarında yanıla bilər”, - o bildirib.