Hafiz Əsədin Dəməşqdəki heykəlləri dağıdılır

Etirazçılar Suriya prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin Dəməşqdəki heykəlini aşırıblar. 

Bizimxeber.az "Reuters"ə istinadəmn bildirir ki, əsasən druzların yaşadığı şəhərətrafı qəsəbədə Əsədin devrilməsini tələb edən etirazçılar da paytaxtın bir neçə təhlükəsizlik bölməsinin yerləşdiyi güclü polis bölgəsindəki hökumət binalarına doğru hərəkət edirlər.

Keçmiş üsyançıların və müxaliflərin ordu qüvvələrini çıxardıqdan sonra nəzarəti ələ keçirdikləri Suveyda şəhərinin qərbində yerləşən Deraa şəhərində ötən gecə Əsədin heykəli sökülüb, sakinlərin dediyinə görə, insanlar bayram şənliklərində atəş açıblar.