Gürcüstanın XİN başçısı Ermənistanda hansı mesajları verdi?

Maka Boçorişvili Gürcüstanın xarici işlər naziri kimi Ermənistandadır.

O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə bildirib ki, qonşu ölkənin Avropa İttifaqı və ABŞ ilə əlaqələrinin dərinləşməsini alqışlayır.

“Biz, əlbəttə ki, Ermənistanın Avropa İttifaqı və ABŞ ilə tərəfdaşlığının möhkəmlənməsini və dərinləşməsini alqışlayırıq. Hesab edirik ki, bu, çox yaxşıdır və region üçün alqışlanır və əlbəttə ki, qonşu ölkənin tərəfdaşlarımızla münasibətlərinin bu istiqamətdə inkişaf etməsindən şadıq”, - deyə Maka Boçorişvili bildirib.