Gürcüstanın müxtəlif dövlət qurumlarının bir sıra əməkdaşları bəyanat yayaraq, “Gürcü arzusu”nun ölkənin Avropa İttifaqına daxil olması prosesini dayandırmaq qərarını pisləyiblər.
Bizimxeber.az bildirir ki, ölkənin vergi xidmətinin əməkdaşları birgə bəyanat yayıblar. Onlar bəyan ediblər ki, “Gürcü arzusu”nun danışıqların açılmasının yaxın dörd il müddətinə dayandırılması ilə bağlı bəyanatı Avropa İttifaqına inteqrasiya prosesinin onillikdə dayandırılması deməkdir. Buna görə də onlar Gürcüstan hökumətinin bu qərarından “özlərini ayırdıqlarını” və “Gürcüstanın Konstitusiyasına və Avropa İttifaqına inteqrasiya kursuna sadiq qaldıqlarını” vurğulayıblar.
Gürcüstanın Dövlət Reyestrinin Milli Agentliyinin əməkdaşları da bunun əleyhinə bəyanat yayıblar.
Qurumun əməkdaşları bildiriblər ki, Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqların açılışının 2028-ci ilə qədər dayandırılması Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin tələblərinə ziddir.
Onlar Gürcüstan vətəndaşlarının sarsılmaz iradəsinə sadiq qaldıqlarını və etirazçılara qarşı istənilən zorakılığı pislədiklərini bildiriblər.
“Biz Gürcüstan Konstitusiyasının özünə və xüsusən də onun 78-ci maddəsinə zidd olan bütün hərəkət və qərarlardan özümüzü uzaqlaşdırırıq”, - deyə onlar vurğulayıblar.
Eyni mövqeyi Gürcüstan Milli Əlyazmalar Mərkəzinin bəzi əməkdaşları da bölüşürlər. Mərkəzin əməkdaşları ölkənin əlyazma irsinə istinad edərək bildiriblər ki, “əsrlər boyu yaradılmış yazılı abidələr ölkənin Qərb mədəniyyətinə sadiqliyini təsdiqləyir”. Buna görə də mərkəzin əməkdaşları Gürcüstanın Avropa yolundan sapmasını və “Rusiyanın qoynuna qayıtmasını” və ölkə Konstitusiyasının 78-ci maddəsinin pozulmasını qəbuledilməz hesab edirlər.
Bundan əlavə, Batumi meriyasının onlarla əməkdaşı da “Gürcü arzusu” qərarın pisləyib.
“Biz, Batumi Bələdiyyəsinin meriyasının əməkdaşları, açıq və birmənalı şəkildə bildiririk ki, Gürcüstanın Aİ-yə üzvlük prosesinin 2028-ci ilə qədər dayandırılması qərarı ilə və bunun bütün səbəbləri ilə razı deyilik”, - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, “Gürcü arzusu”nun bu qərarı nəticəsində “Gürcü arzusu”nun ölkənin Avropa İttifaqına daxil olması prosesini dayandırması barədə qərarından sonra ABŞ Gürcüstanla strateji tərəfdaşlığını dayandırıb. Gürcüstan Müdafiə Nazirliyinin, eləcə də Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin əməkdaşları ölkənin Avropa və Avro-Atlantik strukturları ilə əməkdaşlığının vacibliyini vurğulayan bəyanat yayıblar.