Gürcüstanın daha bir səfiri etirazçılara qoşuldu - İstefa verdi

Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze istefa verib. O, bu barədə “X” hesabında paylaşım edib. 

Bununla da Gürcütanın istefa verən səfirlərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, səfirlər Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırması barədə qərarını dəstəkləmirlər. Bu gün daha 15 səfirin istefası gözlənilir.